Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 455 Bakı şəhəri, 16 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kre­dit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” por­talında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilmə­si Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505; 2022, № 4, maddə 382) ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elekt­ron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nda aşağıdakı də­yişikliklər edilsin:

1. 1.2.2-ci yarımbənddə “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azər­baycan Respublikasının Maliyyə Bazar­larına Nəzarət Palatası” sözləri “Azər­baycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci və 2.3-cü bəndlərdə “Azər­baycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

3. 2.5-ci bənddə “Azərbaycan Res­publikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları