Azərbayan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

post-img

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha iki oyun baş tutacaq.

İlk olaraq meydana “İrəvan” və “Araz-Naxçıvan” komandaları çıxacaq. “ASK Arena”da keçiriləcək qarşılaşma saat 13:00-da başlayacaq.

Günün digər oyunu isə Qəbələ şəhər stadionunda start götürəcək. “Qəbələ” “İmişli”ni qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.

9 dekabr (çərşənbə axşamı)

13:00. “İrəvan” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Nəriman Axundov

“ASK Arena”

16:00. “İmişli” – “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu

Qeyd edək ki, dünən “Sabah” “Kəpəz”ə 4:3, “Sumqayıt” isə “Karvan”a 3:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanıb. Mərhələnin digər oyunları 20 və 21 dekabrda keçiriləcək.

İdman