Ədliyyə orqanları yeniləşmə yolunda

post-img

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada kollegiya iclası keçirilib. 

İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı ədliyyə orqanlarının və­zifələri müzakirə olunub. Nazir seçkilərin müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisini əhatə etməklə suverenliyimizin bir daha təsbiti olduğunu vurğulayıb. 

Bildirib ki, dövlət başçısının rəhbərli­yi ilə bərpa və quruculuq işləri aparıla­raq həmin ərazilər uğurla dirçəlir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həyata keçirdiyi mühüm layihələrlə bu prosesə dəyərli töhfələr verir.

Kollegiyada Mərkəzi Seçki Komissi­yası tərəfindən müvafiq Təqvim planının qəbul olunduğu diqqətə çatdırılaraq, bu­nunla bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin vaxtında, dürüst və mütəşəkkil icrasına dair tapşırıqlar veri­lib, tədbirlər müəyyən edilib.

İclasda həmçinin, ölkəmizdə qanun­yaradıcı prosesin müasir çağırışlara uy­ğun təkmilləşdirilməsi, normativ-hüquqi akt layihələrinin hazırlanması işinin elektron qaydaya – “kağızsız hökumət”ə keçidin sürətləndirilməsi məqsədilə dövlət başçısının fərmanı ilə “Normativ hüquqi aktlar” informasiya sisteminin ya­radılması ilə bağlı görülən işlər və qarşı­da duran vəzifələr müzakirə olunub.

Eyni zamanda ölkə başçısının rəqəmsal cəmiyyətin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərə­findən innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd olunub, ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran “Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib. 

Bildirilib ki, portal vasitəsilə vətən­daşlar fərdi kabinetə sahib olmaqla va­hid mənbədə elektron ədliyyə xidmətlə­rindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. 

Bununla yanaşı, nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələ­rin vahid internet portalının yeni versiya­sı nümayiş etdirilib.

“Vahid məhkəmə portalı”nın məh­kəmə sistemi ilə bağlı məlumatlarla ta­nış olmaq, iddia ərizəsi, şikayət və pre­tenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə key­fiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında vi­deokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb.

Eyni zamanda ədalət mühakiməsi­nin həyata keçirilməsində və cinayət­karlıqla mübarizədə mühüm rol oyna­yan məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı hazırlanmış yeni elektron xidmətin təqdimatı keçirilib. Həmçinin məhkəmə ekspertizası sahəsində yeni qanunveri­ciliyin tətbiqi ilə bağlı yaradılmış elektron reyestlər nümayiş etdirilib.

Kollegiyada təqdim olunan innovasi­yaların tətbiqi ilə bağlı tapşırıqlar verilib, o cümlədən onların mühüm əhəmiyyəti nəzərə alınaraq ictimai təqdimatların ke­çirilməsinin vacibliyi diqqətə çatdırılıb.

XQ

Son xəbərlər