Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası

post-img

Dekabrın 14-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti, sayca doqquzuncu iclası keçirilib.

İclasda müvafiq dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəs­sisələri, ixtisaslaşmış akademiyaları, elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslarla yanaşı, ölkəmizdə təcrübə mübadiləsi ilə səfərdə olan Ru­siya Federasiyası Baş Prokurorluğu­nun nümayəndə heyəti də iştirak edib.

Baş prokuror Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi, mü­bariz xalqımızın dəstəyi ilə rəşadətli Ordumuz tərəfindən ölkə suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğu­nu, üçrəngli bayrağımızın Xankəndi şəhərimizdə dalğalanması ilə əbədiy­yət qazandığını, genişmiqyaslı quru­culuq və yenidənqurma işlərinin artıq Xankəndi, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrini əhatə etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Qarabağda möv­cud olmuş ali təhsil ənənələrinin dava­mı olaraq, ölkə başçısı İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında “Qara­bağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Əminliklə həmin universi­tetin bölgənin elm və təhsil mərkəzi olacağı, işğaldan azad edilmiş əra­zilərin iqtisadi potensialı, aparılan bər­pa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərinə uyğun regionda yüksəkixtisaslı kadrların hazırlığına öz layiqli töhfəsini verəcəyi bildirilib.

Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazır­lanmış “Həkim səhvləri ilə bağlı mə­lumatlar üzrə istintaq-araşdırma təc­rübəsi”, “Azərbaycan Respublikasının Prokurorluğunda kriminoloji proqnoz­laşdırma metodologiyasına yanaşma” adlı vəsaitlərin təqdimatı həyata keçi­rilib.

Şura iclasının növbəti hissəsində is­tintaq-məhkəmə, eləcə də cinayət təqi­bindən kənar fəaliyyət təcrübəsindən irəli gələn aktual məsələlərin müzakirə­si aparılıb.

İclasın yekun hissəsində müxtəlif hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər