Milli Məclis sədrinin mərakeşli həmkarı ilə görüşü

post-img

Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Azərbaycanın qardaş ölkə olduğu­nu deyən Raşid Talbi El Alami ölkələri­miz arasında əlaqələrin genişlənməsi­nin vacibliyini qeyd edib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, işgü­zar dairələr arasında əlaqələrin əhə­miyyətini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Məra­keşin bir-birinin suverenliyini və ərazi bü­tövlüyünü qarşılıqlı şəkildə dəstəklədiklə­ri qeyd olunaraq, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin və həmrəyliyin əhəmiy­yəti vurğulanıb. Nümayəndələr Palata­sının sədri Azərbaycanı öz suverenliyini bərpa etməsi münasibətilə təbrik edib.

Milli Məclisin sədri Sahibə Qafa­rova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan və Mərakeş arasında siyasi, iqtisadi, humanitar əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ikitərəfli əlaqələrin inki­şafında parlamentlər arasında əmək­daşlığın vacib rolu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında əlaqələrin inkişaf etdiyini bildirib. Qeyd olunub ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təş­kilatlarında bir-birinə dəstək verirlər.

***

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Mərakeş Krallığı Parlamen­tinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünə qarşılıqlı dəstək verdikləri qeyd olunub. Naam Miyara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa et­məsi münasibətilə təbriklərini çatdıra­raq deyib ki, bu, Azərbaycanın mütləq haqqı idi.

Səmimi sözlər üçün təşəkkürünü ifa­də edən Milli Məclisin sədri Sahibə Qa­farova Azərbaycan və Mərakeşin dost, tərəfdaş ölkələr olduğunu bildirib. Spiker Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Kasab­lankaya səfər etdiyini və Mərakeş Kralı mərhum II Həsənlə görüşünü qeyd edib. Onun sözlərinə görə, bu görüş ölkələri­miz arasında dostluq münasibətlərinin inkişafına mühüm təkan verib.

Söhbətdə parlament diplomatiyası­nın vacibliyi, parlamentlərarası əlaqələ­rin gücləndirilməsi ilə bağlı ortaq mövqe ifadə edilərək, bu sahədə atıla biləcək addımlar nəzərdən keçirilib.

XQ



Son xəbərlər