Yaponiya erməni şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

post-img

Yaponiya hökuməti cümə günü Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Maraqlıdır ki, sanksiyalar Rusiyanın “paralel idxalı”nda iştirak edən erməni şirkətlərinə də təsir edib. BBC-nin məlumatına görə, sanksiya siyahısına Rusiya və Ermənistan da daxil olmaqla daha 5 ölkədən 135 nəfər, təşkilat və firma daxil edilib.

Yaponiya Xarici İşlər Nazirliyinin dərc etdiyi siyahıda müdafiə nazirinin müavini Tatyana Şevtsova, Ombudsman Tatyana Moskalkova, Moskva vilayətinin Uşaq ombudsmanı Kseniya Mişonova və daha 32 Rusiya mülki və hərbi xadimi, habelə Rusiya hərbi-sənaye kompleksinin 43 tədqiqat və istehsal şirkəti və dövlət tərəfindən yaradılan bir neçə ictimai təşkilat yer alır.

Bundan başqa, Yaponiya Krımın ilhaqında və Donbassda müharibənin başlanmasında iştirak edən 16 nəfərə qarşı sanksiya tətbiq edib. Beləliklə, yalnız indi Malayziya Boeing-in vurulması və 298 nəfərin qətli ilə bağlı işdə iştirak edən iki şəxs Yaponiya sanksiyalarına məruz qalıb. Siyahıda onlar “Leonid Xarçenko (Köstəbək)” və “Sergey Dubinski (Xmurı)” kimi qeyd olunublar.

Bütün bu fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar səyahət qadağası və aktivlərin dondurulmasından ibarətdir.

Eyni zamanda, Yaponiya İqtisadiyyat Nazirliyi Rusiya, Ermənistan, Belarus, Özbəkistan, Suriya və BƏƏ-dən ixrac məhdudiyyətlərinə məruz qalan 57 şirkətin siyahısını dərc edib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyi Yaponiyanın yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almazlarının idxalına embarqo tətbiq etməkdə Qərb ölkələrinə qoşulduğunu açıqlayıb.

S.ELAY

XQ

Dünya