Qusarda avtomat və tapança tapılıb

post-img

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Qusar Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 1 ədəd “Makarov PM” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron darağı və 36 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Qusar RPŞ-də müvafiq araşdırma aparılır.

 

XQ

Son xəbərlər