DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Tədbir zamanı rayon sakinlərinin mərhum ailə üzvlərinə məxsus 4 ov silahı polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
XQ

