Brüsseldə Azərbaycan–Aİ əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib

post-img

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak etmək məqsədilə Brüssel şəhərində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 11-də Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.

Görüş zamanı Azərbaycan–Aİ əməkdaş­lığının müxtəlif aspektləri, enerji təhlükəsizli­yi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlı­ğın perspektivləri, habelə Azərbaycan–Ermə­nistan normallaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.

Aİ və Azərbaycan arasında ötən il imza­lanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artır­dığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizli­yində önəmli rol oynadığı vurğulanıb.

Ceyhun Bayramov cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulma­sından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Simon Mordue Aİ-nin vacib strateji tərəf­daşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı də­rinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionda davamlı sülhün bərqərar olması üçün Ermənistan–Azərbaycan Vnor­mallaşma prosesini bundan sonra da dəstək­ləməyə davam edəcəyini bildirib.

***

Dünən xarici işlər naziri Ceyhun Bayra­mov Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

Azərbaycan və Slovakiya arasında iq­tisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mə­dəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub.

Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investi­siya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib. 

İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklən­məsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə oldu­ğu diqqətə çatdırılaraq, mina problemi ilə mü­barizədə Azərbaycan–Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamə­tində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Son xəbərlər