Qəzzada həlak olan jurnalistlərin sayı 86-ya çatıb

post-img

Qəzza zollağında öz peşə fəaliyyətini icra edərkən ölən KİV mənsublarının sayı artır. Anklav hökumətinin rəsmisi bildirib ki, regionda HƏMAS-İsrail eskalasiyası səbəbindən bugünə qədər 86 jurnalist həyatını itirib. 

Ölənlər arasında zərif cinsin nü­mayəndələri də var. Belə ki, mənbənin “Teleqram” şəbəkəsində açıqladığı si­yahıda 3 qadın jurnalistin adı və soyadı göstərilib.

Qeyd edək ki, ötən həftə Jurna­listlərin Beynəlxalq Müdafiə Komitəsi (JBMK) Qəzzada silahlı qarşıdurma başlanan gündən burada 63 KİV əmək­daşının həlak olması barədə məlumat yaymışdı. 

XQ

 

Dünya