Azərbaycan sülhün bərqərar olmasına zəmin yaradıb

post-img

Dekabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə ­2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.

Azərbaycan–Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ­Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2023-cü il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, həmçinin şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir Ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə nazirliyin və ictimaiyyətin nümayəndələri, institutun zabit, müəllim və kursant heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.

Anım mərasimində iştirakçılara Milli Qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Ş.Şikarovu yaxından tanıyan dostları, xidmət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və qəhrəmanlığından danışıblar.

XQ

 

Son xəbərlər