Dekabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda ARDNF-in İcraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edilib.
XQ