“Heydər Əliyev və Yeni Azərbaycan”

post-img

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri, dünyaşöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiqi, əbədiyaşayar ideyalarının öyrənilməsi, təşviqi və təbliği xüsusi əhəmiyyətə malik olmaqla daim aktual və vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də bu baxımdan müstəsna önəm kəsb edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ulu öndərin adı ilə bağlı olan və hazırda onun siyasi varisi Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi yönündə müxtəlif tədbirlər reallaşdırmaqdadır.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, “Heydər Əliyev  siyasi məktəbi” layihəsinin iştirakçısı, şəhid bacısı Nuranə Hüseynzadə müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu öndərin müstəsna xidmətlərindən danışıblar. 

Sonda universitet tələbələrinin ifasında bədii hissə təqdim olunub.

XQ

 

Son xəbərlər