Tibb və əczaçılıq biznesi forumu

post-img

Naxçıvanda tibb və əczaçılıq biznesinə həsr olunan forum da  keçirilib.

Məclisin açılışında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samiq Sadıxov bildirib ki, muxtar respublika səhiyyəsində son aylarda mühüm dəyişikliklər baş verib. 

“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov bildirib ki, 2019-cu ildən fəaliyyətə başlayan qurum Azərbaycanın 69 regionunda nümayəndəlik səviyyəsində təmsil olunur. Birlik Ulu öndərin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirir. Bugünkü tədbir də onlardan biridir. 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyalar “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilir. Təkcə cari ilin ötən dövrü ərzində 57 lisenziya verilib ki, bunun da 28-i, yəni 49,1 faizi əczaçılıq fəaliyyəti sahəsində verilən lisenziyalardır. 

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov,  Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin sədri Günel Əliyeva, “Asfarma” şirkətinin Azərbaycan ofisinin müdiri Baki Kaan Özgürmüzakirə olunan mövzu ilə bağlı mülahizələrini bildiriblər.

Çıxışlardan sonra panel müzakirələri keçirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

XQ

 

Son xəbərlər