Qərbi Azərbaycan İcması Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında təmsil olunub.
İcmanın nümayəndəsi, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların bir milli qrup kimi Ermənistandan tamamilə qovulduğunu və bu ölkənin monoetnik məkana çevrildiyini qeyd edib.
O, BMT-nin insan hüquqları təsisatlarının rəsmiləri və xüsusi məruzəçilərlə ikitərəfli görüşlər keçirərək Ermənistandan didərgin salınmış azərbaycanlıların problemləri, İcmanın beynəlxalq hüquq çərçivəsində qayıdış hüququ istiqamətində həyata keçirdiyi səylər barədə məlumat verib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu Forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır.
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    