Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr

post-img

Dekabrın 1-də Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib.

Azərbaycan Respublikasının nü­mayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tixomir Stoyçev rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçi­vəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşılıqlı yüksək səviyyəli səfər­lərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib.

İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmlə­ri, habelə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ti­carət-iqtisadi və elmi-texniki əməkdaş­lıq üzrə Müştərək Komissiyanın fəaliy­yətinin əhəmiyyəti qeyd olunub.

Son xəbərlər