Hərbi Prokurorluq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı növbəti maarifləndirmə tədbirini Qəbələ rayonunda keçirib.
Baş prokurorun müavini –Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər çıxışçılar ümummilli liderin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Toplantıda müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrlərdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun silahlı qüvvələrlə, o cümlədən, DİN Daxili Qoşunları ilə qarşılıqlı səmərəli fəaliyyətindən də bəhs edilib.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb, xidmətdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
XQ