Qazaxıstanın nümayəndə heyəti SPECA ölkələrinin sərgisində

post-img

Ölkəmizdə səfərdə olan Qazaxıstanın nümayəndə heyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə noyabrın 24-də Bakı Ekspo Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisi ilə tanış olublar. 

AZƏRTAC xəbər verir ki, qo­naqlara sərgi barədə məlumat verilib. Bildirilib ki, sərgidə “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”­nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqti­sadiyyata sürətli inteqrasiyanın, dayanıqlı inkişafın təmin olun­ması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələ­rin bərpası və layiqli yaşayış şə­raitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir.

Həmçinin qeyd olunub ki, bu sərgidə Ümummilli Lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada Ulu Öndərin 100 illiyinə həsr olunmuş videoçarx, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təq­dim edilir. Bundan başqa, stend­də “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönü­mü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş etdiri­lir.

Şahin Mustafayev, Mikayıl Cabbarov və qazaxıstanlı qonaq­lar SPECA-nın üzv dövlətlərinin - Qazaxıstanın, Qırğızıstanın, Ta­cikistanın, Türkmənistanın və Öz­bəkistanın stendləri ilə tanış olub, stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullara baxıblar.

Qeyd olunub ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisa­di potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaş­lıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndir­məkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoq­rafiyası və geosiyasi potensialı ilə dünyada strateji əhəmiyyətə ma­lik vahid tarixi-mədəni və coğrafi regiondur.

Sərginin açıq sahəsində işti­rakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.

Sərgi çərçivəsində Qazaxıs­tan nümayəndələri Azərbaycan Respublikası Baş nazirinin müa­vini Şahin Mustafayevə xatirə hə­diyyəsi təqdim edib. Şahin Mus­tafayev qazaxıstanlı qonaqlara təşəkkürünü bildirib.

Son xəbərlər