Körfəz ölkələri ilə əməkdaşlıq inkişaf edir

post-img

Noyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaş­lıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Bununla yanaşı, KƏŞ-in bir sıra regional formatlarında, xü­susilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proses­lərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proq­ramının (SPECA) Bakı həftəsi və Sammitinin və əldə olunmuş razı­laşmaların bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib.

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə tarixi dostluq, qarşılıq­lı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərin möv­cudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu münasi­bətlərin KƏŞ çərçivəsində qar­şılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib.

Nazir Ceyhun Bayramov post­münaqişə dövründə bölgədəki vəziyyət, sülh perspektivləri barə­də qarşı tərəfə məlumat verib.

Son xəbərlər