Şamaxıda II Üzüm və Şərab Festivalı keçiriləcək

post-img

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində II Üzüm və Şərab Festivalı keçiriləcək.

Agentliyin yaydığı məlumata əsasən, festival 25-26 noyabr tarixlərini əhatə edəcək.

Tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviq edilməsi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzüm və şərab istehsalının tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər