Qanunsuz ov edən saxlanılıb

post-img

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov və mülki silah daşınması qaydalarının pozulması hallarının qarşısını almaq məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Şahanə XANKİŞİYEVA 
XQ

Son xəbərlər