Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır

post-img

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi açılır. Bundan sonra fakültə Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, müstəqil fəaliyyət göstərəcək.

Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən sərgidə bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli kadr sayının artırılması zərurətindən yaranıb.

O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafına 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə yaradılmış İtaliya-Azərbaycan Dizayn Mərkəzi təkan olub.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil