Gürcüstan Azərbaycandan 23,1 min ton aviasiya yanacağı idxal edib

post-img

Gürcüstan yanvar-oktyabr aylarında 106,8 min ton aviasiya yanacağı idxal edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. 

Gürcüstan hesabat dövründə daha çox Türkmənistandan aviasiya yanacağı idxal edib – 49,9 min ton (ümumi idxalın 46,7 faizi). Gürcüstanın aviasiya yanacağı idxal etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Hesabat dövründə Gürcüstan ölkəmizdən 23,1 min ton aviasiya yanacağı idxal edib. Bu da ümumi idxalın 21,6 faizini təşkil edir.

Siyahıda ilk beşlikdə sonrakı yerləri Yunanıstan, Türkiyə və Malta tutur.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat