Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən 131 milyon manat daxil olub

post-img

Bu ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlimat verilib. 

Bildirilib ki,  2023-cü ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Həmin dövrdə 2.868 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 693-ü qeyri-yaşayış, 2.175-i isə torpaq sahələrinə dair olub. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb. 

Beləliklə, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 131 milyon manatdan çox vəsait daxil olub. 

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat