Neft nəqli 3 faiz artıb

post-img

Bu ilin yanvar-oktyabr ayları ərzində magistral neft kəmərləri ilə 33 108,4 min ton neft nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 6,8 faiz üstələyir. 

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə 25 172,5 min ton neft ötürülüb. Bu ötən ilin eyni dövrünün göstəricisindən 3 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83 faizini və ya 20 902,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17 faizini və ya 4 270,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Dünya bazarında isə neft qiymətləri artıb. Belə ki, WTI markalı neftin dekabr füçersləri 0,74 faiz bahalaşaraq, bir barelinin qiyməti 76,45 ABŞ dolları olub.

“Brent” markalı neftin yanvar füçersləri isə 0,87 faiz bahalaşaraq, bir barelinin qiyməti 81,31 ABŞ dolları təşkil edib.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat