Adil Kərimli rusiyalı nazirə “Şuşa – zirvədən uca” kitabını hədiyyə edib

post-img

Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 noyabr tarixlərində keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. Məlumatı Mədəniyyət Nazirliyi verib.  Səfər çərçivəsində Adil Kərimli rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 

Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı nazir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəsində geniş qeyd olunduğunu vurğulayıb. Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanın mədəniyyət naziri rusiyalı həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Sonda Olqa Lyubimovaya “Şuşa – zirvədən uca” kitabı hədiyyə olunub.

Paşa ƏMİRCANOV

XQ



Son xəbərlər