Ermənistan büdcə kəsirini maliyyələşdirmək üçün kredit götürür

post-img

Ermənistan hökuməti noyabrın 17-də keçirilən iclasda Ermənistan və OPEC-in Beynəlxalq İnkişaf Fondu arasında 50 milyon avro məbləğində “Yaşıl, Davamlı və İnklüziv İnkişaf Proqramı” kredit sazişini təsdiqləyib.

XQ News.am saytına istinadən xəbər verir ki, "proqramın məqsədi iqlim dəyişikliyinin azaldılması, təkmilləşdirilmiş ekoloji idarəetmə və enerji səmərəliliyinə töhfə verməklə Ermənistanda yaşıl, davamlı və inklüziv inkişafı təşviq etməkdir". 

Büdcə dəstəyi vəsaitləri 2023-cü il büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək, ona görə də kredit vəsaitlərinin vaxtında daxil olması dövlət büdcəsinin kateqoriyaları üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi baxımından vacibdir. 

Ermənistan KİV-i yazır ki, büdcə dəstəyinin alınması üçün ilkin şərt qarşılıqlı razılaşdırılmış siyasət tədbirləri cədvəli ilə müəyyən edilmiş bir sıra sahələrdə tədbirlərin və islahatların həyata keçirilməsidir.

XQ

 

 

Dünya