Azərbaycan UNESCO Proqramı Şurasına üzv seçilib

post-img

Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023–2027-ci illər üçün üzv seçilib.

Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və 
Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023–2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.

XQ

 

Son xəbərlər