Futbol millimiz millətimizi sevindirdi

post-img

Futbol üzrə Azərbaycan millisi AVRO–2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. 

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada yığmamız İsveç komandası üzərində 3:0 hesablı qələbə qazanıb. Rəqib qapısından ilk qolları 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov keçirib. Matçın 57-ci dəqiqəsində Bəhlul Mustafazadənin qırmızı vərəqə alaraq meydandan qovulması səbəbindən yığmamız azlıqda qalmasına baxmayaraq inamlı oyununu davam etdirib. Görüşün 89-cu dəqiqəsində kapitan Emin Mahmudov rəqib qapısından daha bir qol keçirib. 

Beləliklə, komandamız matçı 3:0 hesablı qələbə ilə başa vurub. Bununla da, yığmamız tarixində ilk dəfə Skandinaviya komandasını məğlub etməyə nail olub. Bu nəticə ilə millimiz İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki komandanın aktivində hazırda 7 xal var.  

 

Leyla SABİRQIZI 
XQ

İdman