Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər təqdim olunub

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb. Mərasimdə 3 şəhid ailəsinə, 14 qaziyə və daha bir imtiyazlı sakinə yeni mənzillərin orderləri, 5 qaziyə və 2 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli qeyd edib ki, dövlətimiz şəhid ailələrinə və qazilərimizə davamlı qayğı göstərir. Onların sağlamlığı daim diqqətdə saxlanılır, həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl sosial layihələr həyata keçirilir. Naxçıvanda şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin yaradılması bu layihələrin daha tez şəkildə yerinə yetirilməsinə, problemlərin operativ həllinə imkan verəcək.

Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib. 

Şəhid ailələrinə və qazilərə ayrılan mənzillər Naxçıvan, Ordubad, Babək, Şahbuz, Culfa şəhərlərində, eləcə də Sədərək rayonunun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrindəki yaşayış binalarında yerləşir.

 

Səbuhi HƏSƏNOV 
XQ

 



Son xəbərlər