Şimali Kiprin bayramı Bakıda qeyd olunub

post-img

Noyabrın 13-də Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü münasibətilə tədbir keçirilib. 

ŞKTR-nin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Türkiyənin hər zaman Azərbaycanın və Şimali Kiprin yanında olduğunu qeyd edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır. Bu ölkədə təhsil alan tələbələrimizin sayı kifayət qədərdir. Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir. 

"Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır", – deyə Səməd Seyidov bildirib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib. 

XQ

 

Son xəbərlər