“Dəmir yumruğ”un möcüzəsi

post-img

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, ədliyyə polkovniki Mirsa­leh Seyidov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açıb, 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildiri­lib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun formalaş­dırdığı yenilməz Ordu və “Də­mir yumruğ”a çevrilmiş xalq Ulu öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. 

Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid­lərin xatirəsinin əbədiləşmə­sinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olun­masına xüsusi diqqət yetirdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda 44 gün­lük Vətən müharibəsinə həsr olunmuş film izlənilib.

XQ

Son xəbərlər