Ulu öndərə həsr olunmuş müsabiqə

post-img

Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nə zaman?” intel­lektual oyununun nəticələri barədə hesa­bat verib. O bildirib ki, intellektual oyunun əsas məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildö­nümü ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən YAP üzvü və bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında gənclərin bilik səviyyəsinin artı­rılması və gənclərin intellektual inkişafının komanda ruhunda işləmək bacarıqlarının təşviqi olub.

Mərasimdə I, II, III yerləri tutmuş Sə­bail, Hacıqabul və Nərimanov koman­dalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.

YAP Sədrinin müavini – Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov bildirib ki, bu yarışma gənclərimizin intellektual inkişafı, onların şəbəkələşməsi, dostluq əlaqələri­nin qurulması və müasir tariximizdə baş verən hadisələrin daha dərindən öyrənil­məsi baxımındanönəmli hadisə olub. O, iştirakçıları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasi­bətilə tədbir təbrik edib.

Sonra YAP Sədrinin müavini “Şərəf” ordeni ilə təltif edilmiş Əli Həsənova və 1-ci dərəcəli “Vətənə xidmətə görə” orde­ni ilə təltif edilmiş Sudeif İmamverdiyevə ordenləri təqdim edib.

Daha sonra Yeni Azərbaycan Partiya­sının Himninin təqdimatı olub. 

XQ

Son xəbərlər