Gəncədə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

post-img

Gəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-leytenant Ənvər Əfəndiyev, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. 

Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Recep Öztop Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Konsul Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan–Türkiyə qardaşlığından bəhs edib.

Niyazi Bayramov Cümhuriyyət elan edilməsinin 100-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Qeyd edib ki, bununla əlaqədar olaraq Gəncə şəhərində 3 gün müddətində silsilə tədbirlər həyata keçirilib. Şəhər rəhbəri Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.

XQ

Gəncə

 

Son xəbərlər