Xaçaturyanın məhkəməsi noyabrın 6-da davam etdiriləcək

post-img

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə noyabrın 1-də növbəti məhkəmə iclası keçirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Qeyd edilib ki, Meşəli kəndinə daxil olan Vaqif Xaçaturyanın da olduğu erməni birləşmələri azərbaycanlıların evlərini yandırıblar. Zərərçəkmişlər və hadisə şahidləri kənddə mülki əhaliyə qarşı ermənilər tərəfindən qətliam törədildiyinə şahid olduqlarını bildiriblər. Nəticədə Meşəlinin əhalisi məcburi köçkün düşüb, kənd isə məhv edilib.

Məhkəmənin növbəti iclası noyabrın 6-da keçiriləcək.

Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

 

XQ

 

Son xəbərlər