“İlna” xəbər agentliyinin yaydığı məlumatda deyilir ki, İranın “Milli Polad Qrupu”nda çalışan 17 işçi Əhvaz İnqilab Məhkəməsi tərəfindən cərimə və 74 şallaq cəzasına məhkum edilib.
Xəbərə görə, bu hökm “Milli Polad Qrupu” şirkətinin ötən il idarəçilik vəziyyətinə və onların hüquqi şərtlərinə etiraz edən işçilər üçün işəgötürənin şikayəti əsasında çıxarılıb. Əhvaz İnqilab Prokurorluğunun 12-ci istintaq şöbəsinin çıxardığı cərimə və qamçı cəzası 3 il müddətinə təxirə salınıb.
Mehdi Vəlipur, Xalid Şərifi, Raed Obidavi, Tariq Xələfi, Seyyid Rəsul Haraq, Nader Hardani, Əli Naderi, Mehdi Nəqravi, Məsud Heydəri, Əbdül Hüseyn Həmidipur, Mustafa Abayat, Əbdül Kərim Siyahi, Kazım Heydəri, Əli Elhaifər, Hadi Vaelizade, Həsən Cavid Həmudi və Qarip Hoveyzavi “Milli Polad”ın etirazları zamanı “səs-küy və mübahisə yaradaraq ictimai asayişi pozmaq” ittihamı ilə idarəçilik və hüquqi statuslarına etiraz etdikləri üçün 2 milyon 500 min tümən cərimələnən işçilərdən bəziləridir. Qrup keçən il 3 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.
Azad İşçilər Həmkarlar İttifaqı bu işçilərin “Şəfəq Rahian Aksin Sənaye və Ticarət Şirkəti” olduğunu təsdiqləyib. Ötən illərdə “Milli Polad Qrupu”nun işçiləri dəfələrlə etiraz aksiyaları və tətillər keçirib və təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib. Həmkarlar ittifaqına və yaşayış şəraitinə etiraz edən işçilərə şallaq cəzası verilməsi görünməmiş bir hadisədir.
Xatırladaq ki, 2013-cü ilin yanvarında Qərbi Azərbaycandakı Ağdərə qızıl mədəninin etiraz aksiyası keçirən 17 işçisi də “səs-küy və mübahisə yaradaraq insanların bizneslə məşğul olmasına mane olmaq və onları dayandırmaq”, “şirkətin mühafizəçisini təhqir etmək”, “mühafizəçinin paltarlarını məhv etmək və qanunsuz olaraq müsadirə etmək” və “şirkət nişanını qəsdən məhv etmək” ittihamı ilə 30 –100 şallaq cəzasına məhkum edilmişdilər.
Rəhman GƏNCƏLİ

