Nərgiz Məhəmmədi – mübariz nobelçi zindanda

post-img

BMT-nin Baş katibi Antonio Quterreş sülh nominasiyasında builki Nobel Sülh Mükafatının Nərgiz Məhəmmədiyə verilməsinin “mübariz qadınlara hörmət” anlamında olduğunu deyib.

Quterreş “X” şə­bəkəsində yazıb: “Bu mükafatın Məhəmmə­diyə verilməsi azadlıq­larını, sağlamlıqlarını və hətta yaşamlarını təhlükəyə salmaqla öz hüquqları üçün dö­yüşən qadınlara hörmət göstərməkdir”.

BMT-nin İran üzrə insan haqları xüsusi təmsilçisi Cavid Rah­man və qadınlara qar­şı ayrı-seçkilik sahəsində BMT-nin Müstəqil Mütəxəssislər Komitəsinin sədri Dorsi Strada və qurumun digər 4 üzvü də Nərgiz Məhəmmədiyə No­bel Sülh Mükafatının verilməsi barədə müvafiq bəyanatla çıxış ediblər: “Qadın haqları üzrə bir cəsarətli fəal və jurna­listə 2023-cü il Nobel Sülh Mükafatının verilməsi qadınlara ayrı-seçkilik edən, ayıran, təhqir və məhrum edən sistem­lərə qarşı mübarizə anlamındadır”.

Xatırladaq ki, qadın haqları üzrə fəal Güney azərbaycanlı, Zəncan əsilli soydaşımız Nərgiz Məhəmmədi hazır­da siyasi ittihamlarla Tehranın “Evin” zindanında saxlanılır.

 

T.TURAN

Son xəbərlər