Ölkəmiz Özbəkistanla birgə avtomobil istehsal edəcək

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycan və Özbəkistanın birgə minik avtomobilləri istehsalı kompleksi yaratdığını bildirib. Nazir, eyni zamanda, Azərbaycan–Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verildiyini və rezidentlərin sayının14-ə çatdığını vurğulayıb.

Mikayıl Cabbarov diqqətə çatdırıb ki, şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində investisiya həcmi 104 mil­yon manat olan minik avtomobillərin istehsalı kompleksi ya­radılacaq və 1200 nəfər işlə təmin ediləcək.

XQ

Son xəbərlər