Qeyri-neft ixracı 10,6 faiz artıb

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına əsasən, cari ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 2,4 milyard dollar təşkil edib.

Hesabat dövrü ərzində yeyinti məhsulları üzrə ixrac 616 milyon dollara bərabər olub. Spirtli və spirtsiz içkilərin ixra­cı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan mə­mulatların ixracı 34,3 faiz, meyvə-tərəvəz ixracı isə 7,1 faiz artıb.

Bu ilin yanvar–sentyabr ayları ərzində aqrar və aqrar-sə­naye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4 faiz çoxalaraq 641milyon dollar olub. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məh­sullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 146 milyon dollar təşkil edib.

XQ

İqtisadiyyat