Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin peyk rabitə operatoru “Türksat” ilə yeni müqavilə imzalayıb.
“Azərkosmos”un bununla bağlı yaydığı məlumatda bildirilir ki, müqaviləyə əsasən, qardaş ölkənin “Türksat” peyk operatoru respublikamızın “Azerspace-2” telekommunikasiya peykinin tutumundan Afrika bölgəsində “data” layihələrində istifadə edəcək.
XQ

