Bakı BAF-ın iclaslarına hazırlaşır

post-img

Bu il dekabrın 5–8-də Azərbaycan paytaxtı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclaslarına evsahibliyi edəcək.

Bakıda FIA-nın Baş Assambleyası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansı­nın (AIT) Baş Assambleyalarının iclas­ları da təşkil olunacaq. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası, Bakı Konqres Mərkəzində mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin de­kabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasın­da qəbul olunmuşdu. Avtomobil idma­nı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə apa­rırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. 

FIA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avto­mobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcəklər.

Xatırladaq ki, FIA Prize-Giving Ceremony bu vaxtadək Monako, Nyu-Dehli, İstanbul, Paris, Doha, Vya­na, Sankt-Peterburq, Cenevrə və Bo­lonyada keçirilib. Bakıdakı Prize-Giving Ceremony də yaddaqalan və möh­təşəm məqamlar vəd edir.

XQ

Son xəbərlər