Dövlət müəssisələrində maliyyə hesabatlılığı və şəffaflıq

post-img

Dünən Naxçıvanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda toplantı keçirilib.

Biznes Mərkəzində təşkil edilən məclisdə Naxçıvan Muxtar Respub­likasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndə­si Fuad Nəcəfli bildirib ki, gələn il 100 illiyini əlamətdar hadisə kimi qeyd edə­cəyimiz Naxçıvan Muxtar Respublika­sında bu ildən yeni idarəetmə sistemi tətbiq edilir. Muxtar respublikada bu ilin dövlət büdcəsindən səmərəli istifadə olunması və növbəti ilin büdcə layihələ­ri üçün atılan müvafiq addımlarda qa­nunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Hesablama Palatasının imkanlarından istifadə olunur. 

Azərbaycan Respublikası Hesab­lama Palatasının sədri Vüqar Gül­məmmədov Prezident İlham Əliyevin maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqların şəffaflıq və hesabatlılığın artırılmasındakı əhəmiyyətindən bəhs edib. O, dayanıqlı inkişafın təmin olun­masında mühüm rolu olan şəffaflıq və hesabatlılığın son illərdə müxtəlif sahələrdə, o cümlədən dövlət maliyyə­sinin idarəedilməsinin gücləndirilməsi üçün hazırlanan sənədlərin əsas hə­dəflərindən biri olaraq qəbul edildiyini vurğulayıb.

Bildirilib ki, hüquqi bazanın təkmil olmaması maliyyə intizamı baxımın­dan bir sıra problemlər ilə nəticələnir. Dəstək verilməli sahələrdən biri də məhz Naxçıvan Muxtar Respublikası­nın büdcəsinin hüquqi tənzimlənməsi ilə bağlıdır. Bu istiqamətdə Hesablama Palatasının təklifləri ən yaxın aylarda təqdim ediləcək.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan

Son xəbərlər