Məşhur aktrisa Türkan Şoray evinin balkonuna Türkiyə bayrağı asıb. Onun bayraq asdığı anların fotosu sosial şəbəkələrdə yayımlanıb. Türk kinosunun “sultanı” ləqəbini almış gözəl aktrisa “Teleqram” kanalında “Bayraqlarımızı asaq. Dövlətim, çox yaşa” şərhini yazıb. Aktrisanın bu fotosuna minlərlə bəyənmə işarəsi gəlib.
Aktrisanın fanatlarının bir çoxu qeyd edib ki, Türkan Şoray milli bayrağın fonunda xüsusilə gözəl və cazibədar təsir bağışlayır.
Qeyd edək ki, qardaş ölkədə vətəndaşların milli bayrağa diqqət və sayğısı son dərəcə böyükdür. Yeri gəlmişkən, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Allaha əmanət, Türkiyəm!
XQ