Kainat yenidən kəşf edilir

post-img

Astronomlar kainatın təkamül prosesini araşdırmaq üçün ən böyük kompüter simulyasiyalarından istifadə ediblər. Flamingo adı verilən layihə kainatın bütün komponentlərini – qaranlıq maddə və qaranlıq enerjini özündə birləşdirir. Bütün bu proseslər fizika qanunlarına uyğun olaraq hesablanıb.

Layihə çərçivəsində Avropa Kosmik Agentliyi (ESA) tərəfin­dən kainata buraxılmış Evklid Kosmik Teleskopu və NASA-nın Ceyms Uebb Kosmik Teleskopu kimi qurğular qalaktikalar, kva­zarlar və ulduzlar haqqında mə­lumatlar toplayır. 

Tədqiqatçılar ümid edirlər ki, simulyasiyalar onlara kainatı yenidən kəşf etməyə imkan verəcək. 

Qeyd edək ki, layihə Avropa Tədqiqat Şurası, Böyük Britaniyanın Elm və Texnologiya Obyektlə­ri Şurası, Hollandiya Elmi Tədqiqatlar Təşkilatı və İsveçrə Milli Elm Fondu­nun dəstəyi ilə həyata keçirilir. Araşdırma ilə bağlı yazı Kral Astronomiya Cəmiyyətinin “Monthly Notices” jurnalında da dərc olunub.

F.YAQUBLU
XQ

Dünya