Yeni qalaktika – Nube

post-img

Beynəlxalq astronomlar qrupu Nube adlı yeni qalaktika kəşf edib. Tədqiqatın nəticələrinə görə, obyekt çox aşağı səth parlaqlığına və Kiçik Magellan Buludunun kütləsi ilə müqayisə edilə bilən kütləyə malikdir.

Mərkəzi səth parlaqlığı sa­niyədə 26 baldan az olan qa­laktikalar qaranlıq qalaktikalar kimi tanınır. Nube səma ekva­toru boyunca yerləşən Stripe 82 kimi tanınan səmanın bölgəsin­də zəif səth parlaqlığı obyektləri axtaran “IAC Stripe 82 Legacy” tədqiqatının bir hissəsi olaraq tapılıb. 

Qalaktika, təqribən, 350 mil­yon işıq ili məsafəsində yerləşir və onun 10 milyard il yaşı oldu­ğu güman edilir. Qalaktikanın kütləsinin yarısının yerləşdiyi radius 390 milyon günəş kütləsi olaraq qiymətləndirilir.

Alimlər belə nəticəyə gə­liblər ki, Nube bu günə qədər kəşf edilmiş ən böyük və geniş qalaktikadır. Qalaktika 10 dəfə sönükdür və onun radiusu oxşar ulduz kütlələrinə malik tipik ult­radiffuz qalaktikalardan üç dəfə böyükdür.

XQ

Dünya