Okeanda çaylar axır

post-img

Okeanların dibində əsl sualtı çaylar, daha doğrusu, “soyuq axınlar” var. 

Hidrogen sulfid, metan və digər karbohidrogenlər okeanın dibindəki çatlardan sızıb dəniz suyu ilə qarışır və sonra çaylar kimi yavaş-yavaş hərəkət edir. Üstəlik, buradakı “soyuq” sözü həqiqəti əks etdirmir. Bu, çaylar­dakı mayenin onu əhatə edən dəniz suyundan aşağı tempera­tura malik olması demək deyil. Bəzən temperatur hətta bir qə­dər yüksəkdir. 

Alimlər hesab edirlər ki, so­yuq sızma okeanların tektonik cəhətdən aktiv zonaları ilə məh­dudlaşır. Məsələn, bu hadisə okean qabığının materik qabığı­nın altına batdığı Yaponiya yarı­ğında qeydə alınıb.

P.ƏFƏNDİ
XQ

Dünya