Hava yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq.Gündüz arabir güc­lənən şimal-qərb küləyi əsəcək. Gecə 15-18°, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sü­tununa yüksələcək, nisbi rütubət 60-65 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi ra­yonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın tem­peraturu gecə 14-19°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya