Multiidman yarışında uğur

post-img

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında Azərbaycan kikboksçusu Amin Quliyev (60 kq) qalib adını qazanıb. 

İdmançımız finalda Türkiyə təmsilçisi Əli Atabərk Gürbüzcanla qarşılaşıb. “Lou kik” üzrə keçirilən dö­yüşdə komandamızın üzvü rəqibə qalib gələrək multi­idman yarışının qızıl medalına yiyələnib.

Leyla SABİRQIZI
XQ

İdman