İtburnunun şirəsi – vitamin möcüzəsi

post-img

İtburnu yabanı qızılgül bitkisinin meyvəsidir və əsrlər boyu istifadə edilmişdir. O, C, A, E vitaminləri, kalsium, maqnezium və dəmir kimi müxtəlif minerallar və vacib qidalarla zəngin, həm də güclü antioksidant mənbəyidir. Tərkibindəki yüksək C vitamini immuniteti gücləndirir, infeksiya və xəstəliklərə qarşı mübarizə aparır. İltihab əleyhinə birləşmələri ilə osteoartrit və revmatoid artridə də kömək edir. 

İtburnudakı antioksidantlar dəriyə də fayda verir. Ondan alınan yağ dərini nəmləndirməyə, çapıqların görünüşü­nü azaltmağa, ekzema və sızanaq kimi problemlərə kömək edir. Antioksidant­lar, həm də oksidləşdirici stressi azal­dır, qan dövranını yaxşılaşdırır və təz­yiqi aşağı salır. İtburnu çayı, həmçinin şirəsi qara ciyər və böyrək problemlə­rində əvəzsizdir. Tərkibindəki lif toxluq hissi yaradır. Yüksək A vitamini görmə və ümumi göz sağlamlığını qorumaq üçün vacibdir. 

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat