Sümüklü ət – sümüyünü möhkəmlət

post-img

İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük (sümüklü ətin) suyudur. Sümük suyu oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində, paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ət vam odda bişəndə kolagen, qlütamin, prolin, qlisin kimi aminositləri üzə çıxır. 

Kalsium, maqnezium, fosfor, kü­kürd kimi minerallar sümük suyunun tərkibində boldur. Onun daha dadlı olması üçün 2–3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri əlavə edirlər. Ha­milələrə, uşaqlara, yaşlılara, kalsium çatmazlığı olanlara hər gün 1– 2 stə­kan sümük suyu içmək lazımdır. Sü­mük suyunu soyuducuda dondurub 3 ay saxladıqdan sonra da istifadə etmək olar. Sümük hüceyrələri daim yenilənir.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat